Məmmədyarov 3-cü pilləyə gerilədi

Hollandiyanın Veyk-an-Zeye şəhərində "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə iştirakçılar 12-ci tur çərçivəsində münasibətləri aydınlaşdırırlar. 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovun görüşü isə günün ilk başa çatan qarşılaşması olub. İngiltərə şahmatçısı Qaveyn Consla üz-üzə gələn qrossmeysterimiz heç-heçəyə razılaşıb.

Maqnus Karlsen və Aniş Girinin qələbə qazanması turnir cədvəlində vəziyyəti dəyişib. Hazırda aktivində 8,5 xalı olan M.Karlsen və A.Giri 1-2-ci yerləri bölüşür. Ş.Məmmədyarov isə 8 xalla 3-cü pilləyə geriləyib.