Məmmədyarov Veyk-an-Zeyedə mübarizəyə qoşuldu

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində "Tata Steel Chess" turnirində ilk görüşünü keçirib. SportLine.az xəbər verir ki, qrossmeysterimiz Masters kateqoriyası üzrə ilk turda amerikalı Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Ş.Məmmədyarov mübarizədən yarım xalla ayrılıb.

 

Qeyd edək ki, yanvarın 28-dək davam edəcək yarışda 14 şahmatçı mübarizə aparır.