Məmmədyarov Karlsenlə heç-heçə etdi

Hollandiyanın Veyk-an-Zeye şəhərində "Tata Steel Masters" turniri davam edir. SportLine.az xəbər verir ki, yarış iştirakçıları bu gün 11-ci tur çərçivəsində münasibətlərini aydınlaşdırıblar. 

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu tur Norveç təmsilçisi Maqnus Karlsenlə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz gərgin mübarizənin sonunda 0,5 xala razılaşıb.

Hazırda aktivində 7,5 xalı olan Ş.Məmmədyarov, M.Karlsen və Aniş Giri 1-3-cü pillələri bölüşür.