Məmmədyarovdan növbəti heç-heçə

Norveçdə "Altibox" turniri davam edir. 

SportLine.az xəbər verir ki, yarışın növbəti günündə şahmatçılar 2-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə üz-üzə gələcək. İlk görüşdə 0,5 xalla kifayətlənən qrossmeysterimiz, güclü rəqiblə dueldə qələbə qazanmağa çalışacaq. F.Karuana isə ilk oyununda Maqnus Karlsenə uduzub.

Bütün görüşlər Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.


29 may 2018
Şahmat, "Altibox" turniri
2-ci tur

Sergey Karyakin (Rusiya) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Fabiano Karuana (ABŞ) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
Liren Dinq (Çin) ⚪ - ⚫ Maksim Vaşe-Laqrav (Fransa) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) ⚪ - ⚫ Uesli So (ABŞ) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ) ⚪ - ⚫ Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Turnir cədvəli:

1. Maqnus Karlsen (Norveç) - 1,5
2-9. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1
​2-9. Maksim Vaşe-Laqravla (Fransa) - 1
​2-9. Hikaru Nakamura (ABŞ) - 1
​2-9. Liren Dinq (Çin) - 1
​2-9. Uesli So (ABŞ) - 1
​2-9. Vişvanatan Anand (Hindistan) - 1
​2-9. Sergey Karyakin (Rusiya) - 1
​2-9. Levon Aronyan (Ermənistan) - 1
10. Fabiano Karuana (ABŞ) - 0,5