Məmmədyarov Kramniki mat qoydu

Almaniyanın paytaxtı Berlində şahmatçıların İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 6-cı tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramniklə qarşılaşacaq. 5 turdan sonra 3 xal toplayan şahmatçıların dueli gərgin mübarizə vəd edir. 

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq:


15 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
6-cı tur

Fabiano Karuana (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5
Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan) - 1:0
Liren Dinq (Çin) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Vladimir Kramnik (Rusiya) - 1:0

Turnir cədvəli:

1-2. Ş.Məmmədyarov - 4
1-2. F.Karuana - 4
3-5. V.Kramnik - 3
3-5. A.Qrişuk - 3
3-5. L.Dinq - 3
6-7. U.So - 2,5
6-7. L.Aronyan - 2,5
8. S.Karyakin - 2