Şahmatçılarımızdan növbəti heç-heçələr

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess" turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 6-cı tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisilərindən Şəhriyar Məmmədyarov çinli Liren Dinqlə üz-üzə gələcək. Berlində keçirilən İddiaçılar Turnirində L.Dinqə uduzan "Şah" məğlubiyyətin əvəzini Şəmkirdə çıxmağa çalışacaq.

Teymur Rəcəbov Radoslav Voytaşeklə, Rauf Məmmədov isə Veselin Topalovla qarşılaşacaq.

Bütün görüşlər saat 15:00-da başlanacaq.


25 aprel 2018
"ShamkirChess", 6-cı tur

Teymur Rəcəbov (Azərbaycan) ⚪ - ⚫ Radoslav Voytaşek (Polşa) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) ⚪ - ⚫ Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) ⚪ - ⚫ Rauf Məmmədov (Azərbaycan) - 0,5:0,5
Aniş Giri (Hollandiya) ⚪ - ⚫ David Navara (Çexiya) - 1:0
Liren Dinq (Çin) ⚪ - ⚫ Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Turnir cəvdəli:

1. Veselin Topalov (Bolqarıstan) - 4
2-3. Maqnus Karlsen (Norveç) - 3,5
2-3. Aniş Giri (Hollandiya) - 3,5
4-7. Teymur Rəcəbov (Azərbaycan) - 3
4-7. Rauf Məmmədov (Azərbaycan) - 3
4-7. Sergey Karyakin (Rusiya) - 3
4-7. Liren Dinq (Çin) - 3
8-9. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 2,5
8-9. Radoslav Voytaşek (Polşa) - 2,5
10. David Navara (Çexiya) - 2