Məmmədyarov yenidən zirvədə

Hollandiyanın Veyk-an-Zeye şəhərində şahmat üzrə "Tata Steel Chess" superturniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar növbəti gün 10-cu tur çərçivəsində üz-üzə gəliblər.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu tur Pyotr Svidlerlə qarşılaşıb. Qara fiqurlarla oynayan qrossmeysterimiz 21-ci gedişdə rəqibini mat qoyub.

Bununla da, xalını 7-ə yüksəldən Ş.Məmmədyarov Aniş Giri ilə zirvəni bölüşür.

Qeyd edək ki, şahmatçımız 11-ci turda ağ fiqurlarla Maqnus Karlsenə qarşı mübarizə aparacaq.