Məmmədyarov zirvədə
Hollandiyanın Veyk-an-Zeye şəhərində şahmat üzrə "Tata Steel Chess" superturniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar ötən gün 5-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov bu tur Amerika şahmatçısı Fabiano Karuana ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz görüşü qalib bitirib.
Xalını 3,5-ə çatdıran Ş.Məmmədyarov Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) ilə birgə yarış cədvəlinə başçılıq edir.