Məmmədyarov zirvəni itirdi

Hollandiyanın Veyk-an-Zeye şəhərində şahmat üzrə "Tata Steel Chess" superturniri davam edir. 

SportLine.az xəbər verir ki, iştirakçılar ötən gün 8-ci tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Hollandiya şahmatçısı Aniş Qiri ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan qrossmeysterimiz görüşdən məğlub ayrılıb. Bununla da, A.Qiri zirvəni Ş.Məmmədyarovdan alıb. Aktivində 5,5 xalı olan şahmatçımız hazırda 2-cidir.

Qeyd edək ki, 9-cu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vladimir Kramniklə qarşılaşacaq.