Məmmədyarovdan heç-heçə
Hollandiyanın Veyk-an-Zeye şəhərində şahmat üzrə "Tata Steel Chess" superturniri davam edir. SportLine.az xəbər verir ki, iştirakçılar ötən gün 9-cu tur çərçivəsində münasibətləri aydınlaşdırıblar.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz rəqibin müqavimətini qıra bilməyib.
Bu heç-heçə ilə xalını 6-a yüksəldən Ş.Məmmədyarov Maqnus Karlsenlə birlikdə 2-3-cü yerləri bölüşür. 6,5 xala sahib Aniş Giri liderdir.
Qeyd edək ki, Ş.Məmmədyarovun növbəti rəqibi Pyotr Svidler olacaq.