"Mən və Maradona Messidən çox daha yaxşı futbolçularıq" - Pele

"Messinin bir bacarığı var: qollarını sadəcə sol ayağı ilə vurur". SportLine.az "The Sun"a istinadən xəbər verir ki, bu sözləri futbol tarixinin əfsanəsi Pele deyib.

"Dünyanın ən yaxşı oyunçusu kimdir?" sualını cavablandırarkən Lionel Messi haqqında da danışan Pele özünün və Maradonın ondan çox daha yaxşı olduğunu dilə gətirib:

"Messini Pele ilə necə müqayisə edə bilərsiniz? Başla, sol və sağ ayağı ilə istənilən vəziyyətdə fərqlənməyi bacaran Peleni, sadəcə sol ayağı ilə qol vuran futbolçu ilə müqayisə etmək olmaz. Maradona da ondan daha yaxşı idi. Hətta Bekkenbauer və Kroyf da ondan yaxşı idi".

Qeyd edək ki, L.Messi "Barselona"da meydana çıxdığı 653 oyunda 567 qol vurub. Argentina millisində 128 oyun keçirən futbolçu 65 dəfə fərqlənməyi bacarıb.