Məşhur gürcü "Paxtakor"da

Özbəkistanın “Paxtakor” klubunu məşhur gürcü mütəxəssis Şota Arveladze çalışdıracaq. Sportline.az xəbər verir ki, Daşkənd təmsilçisi sabah onu ictimaiyyətə təqdim edəcək.  Əvvəllər Türkiyənin "Kayserispor",  "Kasımpaşa" və  "Trabzonspor" komandalarına rəhbərlik edən 44 yaşlı məşqçinin sonuncu iş yeri İsrailin "Makkabi" Təl-Əviv komandası olub.