Məşhur klub yenidən İtaliya A seriyasında

İtaliyanın məşhur klublarından olan "Parma" yenidən A Seriyasında mübarizə aparacaq. 

Sportline.az xəbər verir ki,  B Seriyasının sonuncu turunda "Spetsiya"ya 2:0 hesabı ilə qalib gələrək xallarını 72-ə çatdıran parmalılar elitaya vəsiqə qazanıblar.

Qeyd edək ki, "Parma" 2015-ci ildə maliyyə problemləri üzündən D Seriyasına yuvarlanmışdı.