"Barselona"da Messi şoku: "El-Klasiko"nu buraxacaq

"Barselona" "Sevilya" ilə görüşdə zədələnən Lionel Messinin xidmətindən məhrum olub.

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçunun sağ qolunda sınıq aşkarlanıb. Onun üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Barselona" qarşıdakı həftə UEFA Çempionlar Liqasında "İnter"lə, La Liqanın 10-cu turu çərçivəsində isə "Real"la üz-üzə gələcək. Argentinalı ulduzun hər iki matçı buraxacağı bildirilir.