Messi Ronaldunu qabaqladı

"Forbes" jurnalı ən çox sərvəti olan məşhur simaların siyahısını tərtib edib. SportLine.az xəbər verir ki, "10-luq"da aktyor və müğənnilərlə yanaşı, idmançıların da adı var.

Siyahının zirvəsində boksçu Floyd Meyvezer qərarlaşıb. Onun sərvəti 285 milyon dollardır. 

İki futbolçunun qərarlaşdığı siyahıda Lionel Messi 111 milyon dollarlıq sərvətlə 8-ci, Kriştianu Ronaldu isə 108 milyon dollarla 10-cudur.

  1. Floyd Meyvezer – 285 milyon dollar
  2. Corc Kluni – 239 milyon
  3. Kayli Cenner – 166,5 milyon
  4. Cudi Şeyndlin – 147 milyon
  5. Dueyn Conson – 124 milyon
  6. U2 – 118 milyon
  7. Coldplay – 115,5 milyon
  8. Lionel Messi – 111 milyon
  9. Ed Şiran – 110 milyon
  10. Kriştianu Ronaldu – 108 milyon