"Milan" daha bir transferi rəsmiləşdirdi

"Milan" heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "rossoneri" Nikola Kaliniçin transferini rəsmiləşdirib.

Futbolçu növbəti ilə icarə əsasında "Milan"da çıxış edəcək. 2018-ci ildə isə "qırmızı-qaralar" N.Kaliniçi transfer etməlidirlər. 

Futbolçunun icarəsi 5 milyon, transfer qiyməti isə 20 milyon avro müəyyən olunub.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildən "Fiorentina"nın şərəfini qoruyub.