"İnter" son saniyələrdə sevindi

İtaliya A Seriyasında 9-cu tur həyəcanı davam edir.

SportLine.az xəbər verir ki, növbəti oyun günündə futbolsevərlər Milan derbisinə şahidlik ediblər. Əzəli rəqiblər - "İnter" və "Milan"ın dueli, gözlənildiyi kimi, gərgin keçib. Matçın taleyi isə əsas vaxta əlavə edilən dəqiqələrdə həll olunub. Mauro İkardi "İnter"ə 3 xal qazandırıb.

Bu nəticə ilə "İnter" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Standings provided by Sofascore LiveScore