"Milan"dan "Bavariya"ya futbol dərsi

 Beynəlxalq Çempionlar Kubokunda mübarizə davam edir. Bu gün keçirilən oyunda "Milan"  “Bavariya”ya böyük hesabla qalib gəlib. Sportline.az xəbər verir ki, Çində keçirilən oyun Montellanın komandasının  4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Milan”ın heyətində 19 yaşlı hücumçu Patrik Kutrone dubl edib. Digər qollara isə Türkiyə yığmasının üzvü Hakan Çalxanoğlu və Frank Kessye imza atıblar.

“Milan” – “Bavariya” 4:0

Qollar: Frank Kessye, 14. Patrik Kutrone, 25; 43. Hakan Çalxanoğlu, 85