"Milan"dan daha bir transfer

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Milan" heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "rossoneri" "Latsio"nun oyunçusu Lukas Biqliya ilə güclənib.

Tibbi müayinədən uğurla keçən argentinalı yarımmüdafiəçi bu gün ictimaiyyətə təqdim olunacaq. 

Biqliyanın keçidi “Milan”a 17 milyon avroya başa gəlib.