Millətlər Liqası: Final mərhələsinin püşkü atıldı

UEFA Millətlər Liqasında final mərhələsinin püşkü atılıb. 

SportLine.az xəbər verir ki, həlledici mərhələdə "A" Liqasının qrup qalibləri mübarizə aparacaq.

Bu mərhələdə İngiltərə - Hollandiya və Portuqaliya - İsveçrə görüşləri keçiriləcək. Qalib komandalar final matçında üz-üzə gələcək. 

Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.