İspaniya Xorvatiyanı darmadağın etdi, Belçikadan səfər qələbəsi

Bu gün UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha 7 qarşılaşma keçiriləcək.

Diqqətlər, əsasən, A Liqasına yönələcək. 4-cü qrupda mübarizə aparan İspaniya və Xorvatiya milliləri münasibətləri birincilərin meydanında aydınlaşdıracaq. 

B Liqasında təşkil olunacaq Bosniya və Herseqovina - Avstriya matçı da gərgin mübarizə vəd edir.

Günün afişası belədir:


11 sentyabr 2018
Millətlər Liqası
2-ci tur

A Liqası, 2-ci qrup

İslandiya - Belçika - 0:3
QOLLAR:
Azar, 29/p. (0:1); Lukaku, 31 (0:2); Lukaku, 81 (0:3)

A Liqası, 4-cü qrup

İspaniya - Xorvatiya - 6:0
QOLLAR:
Saul, 24 (1:0); Asensio, 33 (2:0); Lovre Kaliniç, 25/a.q. (3:0); Rodriqo, 49 (4:0); Ramos, 57 (5:0); İsko, 70 (6:0)

B Liqası, 3-cü qrup

Bosniya və Herseqovina - Avstriya - 1:0
QOL:
Dzeko, 78 (1:0)

C Liqası, 2-ci qrup

Finlandiya - Estoniya - 1:0
QOL:
Pukki, 12 (1:0)

Macarıstan - Yunanıstan - 2:1
QOLLAR:
Sallai, 15 (1:0); Manolas, 18 (1:1); Klaynhaysler, 42 (2:1) 

D Liqası, 2-ci qrup

Moldova - Belarus - 0:0

San-Marino - Lüksemburq - 0:3
QOLLAR:
Kanot, 9 (0:1); Yoaxim, 45+1 (0:2); Sinani, 52 (0:3)