Milli Antidopinq Agentliyinin ofisinin açılışı olub

Azərbaycan Milli Antidopinq Agentliyi yeni ofisdə fəaliyyət göstərəcək. Sportline.az xəbər verir ki, bu gün keçirilən açılış mərasiminə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və  digər rəsmilər qatılıb. AMADA əməkdaşlarını təbrik edən Azad Rəhimov məsuliyyətli və çətin işdə onlara uğurlar arzulayıb.  Qeyd edək ki, 2016-cı il dekabrın 23-də təsis edilən AMADA bu il fevralın 17-də tam fəaliyyətə başlayıb. Agentlikdə 13 əməkdaş və 21 dopinq nəzarəti inspektoru çalışır.