Milli komanda mübarizəyə başlayır

17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır. 

Sportline.az xəbər verir ki, komandamız sabah qrupda ilk oyununa çıxacaq.

Albaniya, Çexiya və Norveçlə VIII qrupda yer alan Ramin Quliyevin yetirmələri ilk oyunda Norveç seçməsi ilə üz-üzə gələcək. “Roza Haciu” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 14:00-da start götürəcək.

Qeyd edək ki, qrupun digər matçında Çexiya ilə Albaniya qarşılaşacaq.