Milli komanda "Qarabağ"ı dəstəkləyəcək

Belarusda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi "Qarabağ"a dəstək olacaq.

Sportline.az AFFA- nın saytına istinadən xəbər verir ki, seçməmiz bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Borisov Arenada keçiriləcək BATE – “Qarabağ” oyununda təmsilçimizi dəstəkləmək üçün stadiona gedəcək.

Xatırladaq ki, görüş Bakı vaxtı ilə 21:00-da başlanacaq.