Milli komanda Rayan Giqqzə həvalə olundu

Uels millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

SportLine.az "BBC Sport"a istinadən xəbər verir ki, bundan sonra seçməni Rayan Giqqz çalışdıracaq. 44 yaşlı mütəxəssislə 4 illik müqaviləyə qol çəkilib. 

Qeyd edək ki, R.Giqqz bundan öncə "Mançester Yunayted"də köməkçi məşqçi kimi fəaliyyət göstərib.