Milli komandalarımızın Qran-pri üçün heyəti açıqlandı

Belarusun paytaxtı Minskdə üç qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə həsr olunan Qran-pri turnirində iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri bəlli olub. 

SportLine.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvəsini sınayacaq.

Minskdə ölkəmizi 11 sərbəst güləşçi təmsil edəcək. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaq.

Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət Azərbaycan millisinin isə 8 üzvü turnirdə mübarizə aparacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaq.

Azərbaycanı yarışda beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək. 

Qeyd edək ki, Minskdəki turnir sentyabrın 14-16-da təşkil olunacaq.