Milli komandamız Rusiyaya qarşı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Vüqar Məmməd iki oyunda yetirmələrini yoxlayacaq.

Komandamız Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Rusiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək. Şimal qonşularımızla oyunlar martın 22-də və 25-də keçiriləcək.