Milli komandamıza baş məşqçi təyin olundu

16 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu vəzifə Azər Məmmədova həvalə olunub.

Qeyd edək ki, Məmmədov futbolçu karyerası ərzində “Turan”, “Kəpəz”, “Şəmkir”dəki çıxış ilə tanınıb. O, həmçinin MOİK, “Xəzri”, “Qarabağ” və “Qəbəıə”nin də şərəfini qoruyub.

Azərbaycan millisinin də formasını geyinmiş Məmmədov məşqçi kimi “Kəpəz”də çalışıb. O, Gəncə təmsilçisinin müxtəlif komandalarında fəaliyyət göstərib.