Milli komandanın heyəti açıqlandı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan seçməsi bu ay Gürcüstanın müvafiq yaş qrupu ilə iki yoldaşlıq görüşü keçirəcək. Sportline.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar noyabrın 10-da və 11-də Tbilisidə üz-üzə gələcəklər.

Müvafiq olaraq saat 19:00-da və 13:00-da başlayacaq oyunlar üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Məşqçilər korpusu 14 oyunçuya dəvət göndərib: Rauf Rüstəmov, Rəfael Mütəllimov, Ceyhun Nuriyev, Turan Əhmədov, Sabir Həsənov, Nurlan Mehdizadə, Niyaz Əhmədov, Nicat Quluzadə, Kənan Əsədli, Fuad Məmmədzadə, Tofiq Hüseynov, Vladislav Reznov, İqbal Pənahov, Hüseyn Qarayev.