Milli komandanın iyunda qarşılaşacağı rəqib bilindi

Azərbaycan milli komandasın daha bir yoldaşlıq oyunu keçirəcək.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız iyunun 5-də Astana şəhərində Qazaxıstanla qarşılaşacaq.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada 
Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, əsas milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl əsas millinin mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama oyununda qüvvəsini sınayacağı açıqlanmışdı.