Milli komandanın növbəti rəqibi məlumdur

Milli futbol komandamızın daha bir yoldaşlıq oyunu keçirəcəyi məlum olub.

Sportline.az xəbər verir ki, yanvarın 30-da Türkiyənin Antalya şəhərində təşkil olunacaq qarşılaşmada rəqib Moldova seçməsi olacaq. 

Bu, baş məşqçi Qurban Qurbanovun millidə ilk sınağı olacaq. 

Qeyd edək ki, Azərbaycan yığması fevralın 2-də Gürcüstanla da yoldaşlıq oyunu keçirəcək.