Milli Türkiyə seçməsi ilə üz-üzə

Kişi voleybolçulardan ibarət mill komandamız 2018-ci il dünya çempionatının Avropa zonası üzrə təsnifat mərhələsində mübarizəyə başlayır. Sportline.az xəbər verir ki, milli ilk oyunu bu gün Türkiyə voleybolçularına qarşı keçirəcək. Fransanın Lion şəhərində keşiriləcək oyunda Türkiyə seçməsi favorit sayılır.

A qrupu

24 may

17:00. Türkiyə - Azərbaycan

Hakimlər: Helio Ormonde (Portuqaliya), Milan Raykoviç (Xorvatiya)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev

Türkiyə: 1. Əmrə Batur, 2. Caner Pekşen, 4. Burak Güngör, 5. Hesen Yeşilbudak, 7. Gökhan Gökgöz, 9. Serhat Coşkun, 10. Aslan Ekşi, 11. Mert Matiç, 14. Samed Güneş, 16. Murat Yenipazar, 17. Caner Dengin, 18. İzzet Ünver, 19. Yiğit Gülmezoğlu, 20. Mustafa Koç

Qrup mərhələsini ilk turunda digər rəqiblərimizdən ev sahibi  Fransa İslandiya, Almaniya isə Ukrayna ilə münasibətləri aydınlaşdıracaq.