Millimiz yenə məğlub oldu

Makedoniyada kişi voleybolçuların Avropa Liqası davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçı komandalar 3-cü turun görüşlərində üz-üzə gələcək.

İlk iki matçda məğlub olan Azərbaycan seçməsi Albaniya ilə qarşılaşacaq. 

1 qələbə və 1 məğlubiyyətlə millimizi bir xal qabaqlayan Albaniya ilə görüşdə qələbə sonuncu pillədən yaxa qurtarmaq üçün vacibdir.


18 iyun 2017
VOLEYBOL, Avropa Liqası
3-cü tur

Azərbaycan – Albaniya - 1:3 (22:25, 22:25, 25:17, 10:25)

Hakimlər: Tiran Şayno (İsrail), Stoyan Baryev (Bolqarıstan)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev