Millimiz Belarusla görüşə yeni forma ilə çıxacaq

Azərbaycan millisi Belarus seçməsi ilə yoxlama matçı keçirəcək.

SportLine.az xəbər verir ki, seçməmiz bu görüşə ağ rəngli formada çıxacaq. Bu barədə AFFA-nın "Facebook" səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 23-də Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.