Millimiz FİFA reytinqində gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, ötən ayla müqayisədə 3 pillə geriləyən Azərbaycan seçməsi 108-ci pillədə qərarlaşıb. Millimizin aktivində 1202 xal var.

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda mübarizə aparan komandalardan ən yaxşı göstərici Farer adalarına məxsusdur:

92. Farer adaları - 1261
108. Azərbaycan - 1202
138. Kosovo - 1092
183. Malta - 928

Belçika və Fransa seçmələri siyahının şərikli liderləridir. Braziliya 3-cü pillədə qərarlaşıb:

1. Belçika - 1729
1. Fransa - 1729
3. Braziliya - 1663
4. Xorvatiya - 1634
5. Uruqvay - 1632
6. İngiltərə - 1612
7. Portuqaliya - 1606
8. İsveçrə - 1598
9. İspaniya - 1597
10. Danimarka - 1581

Qeyd edək ki, hesabında 1456 xal olan Türkiyə 38-ci yerdə qərarlaşıb.