Millimiz İngiltərəyə uduzdu

17 yaşadək qızlardan ibarət milli komandamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib.

SportLine.az xəbər verir ki, Moldovada keçirilən oyunda Azərbaycan yığması İngiltərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qarşılaşma komandamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb – 0:7.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl keçirdiyi oyunda İslandiyaya 0:1 hesabı ilə uduzmuşdu.