Millimiz uduzub Portuqaliyaya rəqib oldu

Sloveniyanın paytaxtı Lyublyana şəhərində futzal üzrə Avropa Çempionatı davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda qrup mərhələsi yekunlaşacaq. 

Azərbaycan millisi son görüşünü İspaniyaya qarşı keçirəcək. İlk oyunda Fransanı üstələyən Joze Alesionun komandası qrupun lideri olmaq üçün, ən azı heç-heçə etməlidir. Pireney təmsilçisini isə ancaq qələbə qane edəcək. 

Günün digər görüşündə Ukrayna və Portuqaliya seçmələri münasibətləri aydınlaşdıracaq.


04 fevral 2018
Futzal, Avro-2018
3-cü tur

"D" qrupu

Azərbaycan - İspaniya - 0:1
QOL:
Pola, 13:21 (0:1)

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 3. Bolinya, 5. Fineo de Araujo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 1. Emin Kürdov (q), 2. Samir Həmzəyev, 4. İsa Atayev, 7. Ramiz Çovdarov, 10. Vassoura, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 14. Vitali Borisov, 18. Namiq Məmmədkərimov

Baş məşqçi: Joze Alesio da Silva

İspaniya: 1. Pako Sedano (q), 2. Ortiz (k), 7. Pola, 11. Migelin, 14. Aleks, 13. Xesus Errero (q), 3. Mark Tolra, 4. Bebe, 5. Adolfo, 6. Solano, 8. Lin, 9. Serxio Lozano, 10. Rafa Usin, 15. Xoselito

Baş məşqçi: Xose Venansio Lopes

1. İspaniya 2 4
2. Azərbaycan 2 3
3. Fransa 2 1

"C" qrupu

Ukrayna - Portuqaliya - 3:5

1. Portuqaliya 2 6
2. Ukrayna 2 3
3. Rumıniya 2 0