Millimiz yenə uduzdu

Makedoniyanın paytaxtı Skopyedə kişi voleybolçuların Avropa Liqasında mübarizə davam edir. SportLine.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti oyununa çıxacaq. Rəqib İsveç kollektivi olacaq.

İlk turda meydan sahiblərindən set almaqda çətinlik çəkən Fərid Cəlilovun komandası, bu dəfə uğurlu nəticəyə ümidlidir. 

Ötən gün Albaniya ilə üz-üzə gələn İsveç də məğlubiyyətlə barışıb. Ancaq onlar hesablarına iki set yazdıra bildiklərindən, aktivlərində 1 xal var.


17 iyun 2017
VOLEYBOL, Avropa Liqası
2-ci tur

İsveç – Azərbaycan - 3:2 (19:25, 23:25, 26:24, 25:9, 15:12)

Hakimlər: Tiran Şayno (İsrail), Sergey Hulko (Ukrayna)

Skopye, Boris Traykovski Sarayı

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev