Millimiz Macarıstan və Bosniya-Herseqovina ilə eyni qrupda

Futzal üzrə Avropa çempionatının təsnifat və seçmə mərhələlərinin püşkü atılıb. SportLine.az xəbər verir ki, mübarizəyə II mərhələdən başlayacaq Azərbaycan millisinin də rəqibləri bəlli olub.

Miltinyonun komandası 2-ci qrupda Macarıstan və Bosniya-Herseqovina seçmələri ilə qarşılaşacaq. 

Qrupumuzun 4-cü komandası isə təsnifat mərhələsində bilinəcək. Bu, Bolqarıstan, Albaniya, İngiltərə və Maltanın mübarizə aparacağı D qrupunun qalibi olacaq. Həmin komandaların yarışı 2017-ci il yanvarın 23-dən fevralın 1-dək Bolqarıstanda təşkil ediləcək.

Əsas seçmə mərhələnin matçları isə aprelin 3-12-də baş tutacaq. Millimiz bu qrupun oyunlarına ev sahibliyi edəcək.

Qeyd edək ki, çempionatın final mərhələsi 2018-ci ildə Sloveniyada keçiriləcək.