Millimiz mübarizəni dayandırdı

Qadın voleybolçuların Qızıl Avropa Liqasında mübarizə aparan Azərbaycan seçməsi bu gün sonuncu oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Ukrayna millisi olub.

İlk görüşdə rəqibini məğlub edən Azərbaycan voleybolçuları, bu dəfə də meydanı başıuca tərk ediblər.

Ancaq bu qələbə "Dördlər finalı"na adlamaq üçün kifayət etməyib. Eyni xala malik Bolqarıstan əlavə göstəricilərdə komandamızı üstələdiyi üçün mübarizəni qrupun lideri kimi tamamlayıb.


06 iyun 2018
Voleybol, Qızıl Avropa Liqası
6-cı tur

Ukrayna - Azərbaycan - 0:3 (28:30; 21:25; 23:25)

Hakimlər: Yan Krtiçka (Çexiya), Andrey Kovalçuk (Ukrayna) 
İvano-Frankovsk, Bədən Tərbiyəsi Kollecinin idman zalı

Turnir cədvəli:

1. Bolqarıstan - 15
2. Azərbaycan - 15
3. Ukrayna - 6
4. Portuqaliya - 0