Millimiz tilsimi qıra biləcəkmi?

Azərbaycan millisi yoldaşlıq görüşü çərçivəsində Makedoniya ilə üz-üzə gələcək. SportLine.az xəbər verir ki, Antalyada keçiriləcək qarşılaşma bu komandalar arasında sayca 7-ci duel olacaq.

Bundan əvvəlki 6 qarşılaşmanın 5-də məğlub olan seçməmiz, 1 görüşdə bərabərliyə nail ola bilib:

AZƏRBAYCAN MİLLİSİ MAKEDONİYA İLƏ ÜZ-ÜZƏ

27.07.2000 Makedoniya - Azərbaycan 2:1 (YO)
06.10.2000 Makedoniya – Azərbaycan 3:0 (DÇ-2002)
05.09.2001 Azərbaycan – Makedoniya 1:1 (DÇ-2002) (Fərrux İsmayılov, 90 - Vanço Trayanov, 12)
29.05.2010 Azərbaycan – Makedoniya 1:3 (YO) (İvan Triçkovski, 27. Rəşad Sadıqov 66-ö/q. Mario Curovski, 88 - Elvin Məmmədov, 89)
10.08.2011 Azərbaycan – Makedoniya 0:1 (YO) (Qoran Pandev, 57)
29.05.2016 Azərbaycan – Makedoniya 1:3 (YO) (Maryan Radeski, 19. Qoran Pandev, 33. İliya Nestorovski, 90 - Əfran İsmayılov 73-p)