Millimiz Ukraynaya yenə uduzdu

Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyununu keçirib. 

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 3:0 hesabı ilə ukraynalı futbolçuların xeyrinə başa çatıb.

Qeyd edək ki, komandalar arasındakı ilk matçda yığmamız qapısında 7 cavabsız qol görmüşdü.