Millimizin rəqibi Afrika komandaları ilə qarşılaşacaq

UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda yer alan Kosovo millisi iki yoxlama görüşü keçirəcək. SportLine.az xəbər verir ki, hər iki görüş Fransada nəzərdə tutulan təlim-məşq toplanışında olacaq.

Martın 24-də Madaqaskarla üz-üzə gələcək Balkan təmsilçisi, üç gün sonra Burkina-Faso ilə görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.