Millimizin üzvü "Qalatasaray"da

Azərbaycan millisinin basketbolçusu Orxan Aydın özünə yeni komanda tapıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, 27 yaşlı həmyerlimiz karyerasını “Qalatasaray” klubunda davam etdirəcək.

İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdıran Orxan artıq 1 illik rəsmi müqaviləyə də imza atıb.

Qeyd edək ki, klub karyerası Türkiyə ilə bağlı olan 203 sm boya malik basketbolçu son mövsümü “Acıbadem Universiteti”ndə keçirib.