Millinin baş məşqçisi jurnalistlər önünə çıxacaq

Futzal üzrə millinin, yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlığı davam edir

Sportline.az xəbər verir ki, yanvarın 27-nədək Bakıda təlim-məşq toplanışında olan komandanın, yanvarın 19-da, Bakı İdman Sarayında keçiriləcək və saat 10:15-də başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Həmçinin baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.