Millinin baş məşqçisi:"Komandama inanıram"

"Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq.

Sportline.az xəbər verir ki, bunu futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio da Silva İspaniyaya məğlub olduqları oyundan sonra söyləyib. O, birinci pilləni tutmaq istədiklərini deyib: 

"Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi. Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik. Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarındandır. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var. Komandama inanıram, hazırlaşacağıq. İki-üç oyunçumuz yüngül zədəlidir. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər”.