Millinin iki üzvü UEFA-nın ən yaxşıları sırasında

UEFA Millətlər Liqasının 2 turundan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adını açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıda millimizin oyunçuları Qara Qarayevlə Riçard Almeydanın da adı var. 

Braziliyalı milliləşdirilmiş yarımmüdafiəçi Kosovo (0:0) və Malta ilə oyunlarda (1:1) ümumilikdə 150 dəqiqə ötürmə verib ki, bu da onun 2-ci pillədə qərarlaşmasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə Top-5-liyin 4-ci sırasındadır.

TOP-5-lik isə bu cürdür:

Serxio Ramos (İspaniya) – 204

Riçard Almeyda (Azərbaycan) – 150

Okay Yokuşlu (Türkiyə) – 148

Qara Qarayev (Azərbaycan) – 145

Çağlar Söyüncü (Türkiyə) - 145