Millinin yoldaşlıq oyunları eyni saatda

Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində Moldova və Gürcüstan yığmaları ilə keçirəcəyi oyunlarının başlama saatı müəyyənləşib.

SportLine.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, müvafiq olaraq, yanvarın 30-da və fevralın 2-də keçiriləcək qarşılaşmalar yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Qeyd edək ki, hər iki matç Mardan stadionunda keçiriləcək.