Mircavadovun doğum günü qeyd edildi

Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət millimiz  hazırda oyunların keçiriləcəyi Albaniyadadır.

Sportline.az-ın AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda üzvləri onlarla birgə səfərdə olan Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun 71-ci doğum gününü təbrik edib. Mircavadov göstərilən diqqətə görə təşəkkürünü bildirib, milliyə qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa çempionatının ilkin seçmə mərhələsində U-17-nin rəqibləri Albaniya, Norveç və Çexiya yığmaları olacaq. Azərbaycan yığması oktyabrın 23-də Norveç, 3 gün sonra Çexiya, oktyabrın 29-da isə Albaniya ilə qarşılaşacaq.

Mircavadov doğum gününü xaricdə qeyd etdi - FOTOLAR
Mircavadov doğum gününü xaricdə qeyd etdi - FOTOLAR