"Mlada Boleslav" uduzdu, Kamran kənardan izlədi

Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, doğma meydanda keçirilən matçda rəqib "Viktoriya Plzen" kollektivi olub.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

K.Ağayev bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Mlada Boleslav” 7 xalla turnir cədvəlində 11-ci yerində qərarlaşıb.